Əlil olan insana əlillik pensiyası təyin etməmək 5 qat cinayətdir - DEPUTAT QƏZƏBLƏNDİ

  • By admin
  • 22 May 2018 16:58

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı bir neçə deputat mövcud durumdan narazılığını ifadə edib.

Gununsesi.info-nun xəbərinə görə, iclasda çıxış edən millət vəkili Musa Quliyev bildirib ki, ölkədə əlliliyin verilməsində şəffaflıq olmalıdır: ““Əlilliyi olmayan insana əlillik dərəcəsi təyin etmək bir cinayətdirsə, əlil olan insana əlillik pensiyası təyin etməmək 5 qat cinayətdir. Biz bunun üzərində düşünməliyik. Şikayət daxil olur ki, onkoloji diaqnozla əlillik dərəcəsi təyin edilmir, təkrar müayinəyə göndərilir, növbəti müayinə dövrünə qədər də həmin insan dünyasını dəyişir. Hətta elə hallar olur ki, bir gözünü itirən insana cavab verirlər ki, əlavə müalicəyə ehtiyacı var. Normalda bu insana ömürlük 3-cü qrup əlillik dərəcəsi təyin edilməlidir. Tibbi sosial ekspert komissiyalarında çalışan həkimlərin ixtisaslarına baxılmalıdır, bəlkə də, onların heç biri son 20 ildə ixtisas kurs keçməyiblər”.

GUNUNSESİ.İNFO