Əlillik təyinatı ləğv olunmur – Anar Bayramov

  • By admin
  • 19 Noyabr 2021 12:30

“Əlillik təyinatı ləğv olunmur və ya kəsilmir. Əlillik müddətli təyin olunur. Bu müddət ona görə təyin olunur ki, şəxs bu müddət ərzində reabilitasiya ola bilər, yəni sağala bilər. Buna görə əlillik müddətli təyin olunur”.

Gununsesi.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı sahəsində aparılan işlərə dair mətbuat konfransında deyib.

Agentlik sədri qeyd edib ki, müddət bitəndən sonra əlillik səviyyəsi yenidən yoxlanılır: “Əlilliyi olan şəxslər bu müddəti diqqətdən qaçırmasın. Agentliyin komissiyası və ekspertləri elektron sistemdəki məlumatlar əsasında bu şəxsləri görmədən yenidən təyinat aparırlar”.

Gununsesi.info