“Əlilliyin təyin edilməsində ciddi problemlər var” - DEPUTAT

  • By admin
  • 09 Sentyabr 2020 16:42

Əlilliyin təyin edilməsi sahəsində ciddi problemlər var.

Gununsesi.info-nun məlumatına görə, bunu bu gün Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında millət vəkili, professor Jalə Əliyeva bildirib.

J. Əliyeva deyib ki, vətəndaş müraciət etsə də, ona sənədlərin natamam olduğu barədə cavab gəlir.

“Mənə müraciət edən seçicilərin demək olar ki, hamısında belə problem yaranır. Vətəndaş TƏBİB-lə rayon, Bakı və rayon arasında qalır. Bu hallar aradan qaldırılmalı, vətəndaşlar dövlətdən narazı salınmamalıdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Qeyd edək ki, millət vəkilinin fikirləri həmkarları tərəfindən də dəstəklənib.

Millət vəkillərindən Arzu Nağıyevlə Əziz Ələkbərli də bu məsələyə toxunub, öz narahatlıqlarını ifadə ediblər.

Eyni zamanda, komitənin sədr müavini Məlahət İbrahimqızı həmkarının qaldırdığı məsələdən danışıb, hətta ona istinad edib.

Həmçinin, qeyd edək ki, J. Əliyeva çıxışında qaldırdığı məsələyə bir gün öncə-özünün “Facebook” səhifəsində, seçiciləri ilə növbəti görüşünə həsr etdiyi paylaşımında da toxunub.

Gununsesi.info