Əlimizdən gələni edəcəyik ki… – Qurban Qurbanov

  • By admin
  • 22 Oktyabr 2017 21:43

qurban
İlk növbədə, “Qəbələ” komandasını təbrik edirəm. Oyuna gəldikdə isə düşünürəm ki, kifayət qədər maraqlı görüş keçdi. Matçda 1 qol olsa da, oyunun tempi yüksək idi. Biz heyətdə dəyişiklik etsək də, hücuma atılsaq da, rəqib hesabı qorumağı bacardı.

Gununsesi.info xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra deyib.

“Qarşıda bizi “Atletiko Madrid” ilə səfər oyunu daxil olmaqla, bir neçə çətin oyun gözləyir. Lakin əlimizdən gələni edəcəyik ki, oyunçularım fiziki olaraq bütün oyunlara hazırlıqlı olsunlar. “Qəbələ” ilə oyuna gəldikdə, mübahisəli epizod çox idi. Amma hər zaman demişəm, futbolda hakim səhvlərindən danışmağa ehtiyac yoxdur”, – Qurban Qurbanov bildirib.

Qeyd edək ki, “Qəbələ”-“Qarabağ” matçı 1-0 “Qəbələ”nin xeyrinə başa çatıb.

 

Gununsesi.info