Əliyevlə Paşinyan ilin sonunadək görüşəcək

Azərbaycan və Ermənistan liderlərinin ilin sonunadək daha bir görüş keçirəcəyi istisna olunmur.

Gununsesi.info erməni mediasına istinadən bildirir ki, bunu parlamentin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan parlamentdə deyib.

Deputatın sözlərinə görə, Yerevan Bakıdan üçüncü rəylər paketini alıb və hazırda müzakirələrin üçüncü mərhələsi gedir.

“Erməni tərəfi Azərbaycandan təkliflər alıb, onlar mahiyyətcə erməni tərəfin təkliflərinə cavabdır. Bəli, erməni tərəfi Azərbaycandan cavab təklifləri alıb. İlin sonunadək dövlət başçıları, yaxud xarici işlər nazirləri səviyyəsində görüşün mümkünlüyünə gəlincə, düşünürəm ki, bunu istisna etmək olmaz”, – Ağacanyan deyib.

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov dekabrın 5-də rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib ki, Ermənistan tərəfinin təklifləri Bakı üçün qəbuledilməzdir, ona görə də Azərbaycan öz təkliflərini verib.

Mətləb
Gununsesi.info