Əlizamin Salayevə hökm oxundu

Xuliqanlıq əməlində ittiham edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Əlizamin Salayevə hökm oxunub.

Gununsesi.info xəbər verir ki, Qaradağ Rayon Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Bildirilir ki, həbsinə etiraz olaraq Ə.Salayev 3 aydan çoxdur ki, aclıq aksiyası keçirir.

Qeyd edək ki, Əlizamin Salayev fevralın 7-də saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə (xuliqanlıq – silah və ya silah qisminə əşya tətbiq etməklə) cinayət işi başlanılıb.

 

 

Gununsesi.info