Əlövsət Ağalarov Laçının azadlığından yazdı

  • By admin
  • 01 Dekabr 2020 13:06

 

Milli Məclisin sabiq deputatı, “Azərnəşr”in redaktoru Əlövsət Ağalarov Laçının işğaldan qurtulması barədə qeydlərini yazıb.

Gununsesi.info sabiq deputatın fikirlərini təqdim edir:

 

 

Hörmətli Prezidentimizin—Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Böyük Qayıdışın Böyük Sərkərdəsi cənab İlham Əliyevin Laçının işğaldan azad olunması ilə əlaqədər çox cəsarətli, müdrik çıxışı ürəyimdən tikan çıxardı!

Yaşa, İlham Əliyev! Heydər Əliyevin Oğlu belə də olmalıdır!

Allah Sizi qorusun!

Ürəyimizə qüvvət, millətimizə qürur, qollarımıza güc verdiniz! Siz bu millətin zədələnmiş, 30 ildir deqradasiyaya uğramış qeyrətini bərpa etdiniz!

Demişəm, yenə də deyirəm: Bütün dünya liderlərinin şanssızlığından, bizim millətin xoşbəxtliyindəndir ki, 21-ci əsr İLHAM ƏLİYEV əsri oldu!

Xalq-Rəhbər birliyi millətimizin yeganə nicat yoludur! Bu xalq Sizin möhtəşəm fəaliyyətinizi heç zaman unutmayacaqdır! Bir daha var olun, xoşbəxt olun! Balalarınızı Allah daima xoşbəxt eləsin!

Allah ulu öndərimizə—BÖYÜK HEYDƏR ƏLİYEVƏ rəhmət eləsin. Bu möhtəşəm çıxışınıza görə bütün kəlbəcərlilər adından, Sizin sədaqətli silahdaşınız, mənim əziz qardaşım Eldar Hümmət oğlu Həsənovun ailəsi adından Sizə bir daha dərin və səmimi təşəkkürlərimizi bildirirəm!