Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 206 minik avtomobili alır

  • By admin
  • 27 Noyabr 2020 12:50

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 206 minik avtomobilinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Gununsesi.org vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Azərmaş Group” MMC-dir.

Qalib şirkətə 2 512,2 min manat (hər avtomobil üçün orta hesabla 12,2 min manat) ödəniləcək.

Məsələ ilə bağlı nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov “Report”a bildirib ki, avtomobillər Qarabağ əlilləri və onlara bərabər tutulan şəxslərə vermək üçün alınır.

Gununsesi.org