Əməkdar artistdən ürəkparçalayan sözlər: "Bəlkə də heç efirə çıxmadım"

  • By admin
  • 22 Avqust 2016 15:50

nusabe

Bir ildə iki ağır itki yaşayan əməkdar artist Nüşabə Ələsgərli hələ bir müddət efirlərə çıxmayacağını bildirib:

“Soruşurlar ki, niyə verilişlərə çıxmırsan, niyə tədbirlərə qatılmırsan. Efirə çıxım, neyləym, ağlayım, gülüm, oxuyum? Artıq oxumaq da istəmirəm. Noyabrda anamın, yanvarda da bacımın ilidir. Bacımın ilindən sonra bəlkə, efirə çıxdım. Amma dəqiq söz vermirəm. Bəlkə də heç çıxmadım”.
Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, əməkdar artist bacısının iki övladına da analıq etdiyini söyləyib.
“Bacımın iki oğul övladı qalıb. Birinin 10, digərinin 14 yaşı var. İndi onlara mən analıq edirəm. Bacımın arzusu idi ki, onların toyunu görsün. Amma qismət olmadı. Hər gün onların üzünü görmək və bacımı xatırlamaq mənim üçün dəhşətdir. Anam da qızının xəstəliyinə tab gətirmədi və bacımdan əvvəl dünyasını dəyişdi. Ölümündən əvvəl mənə dedi ki, gözümün qarşısında qızımın əriməsinə dözə bilmirəm, kaş ki mən onun ölümünü görməyim. Məndən bunu istədi ki, dözümlü olum, həyatda heç vaxt sınmayım. O, sağ olsaydı, bəlkə də ana-bala birləşib bu dərdə güc gələ bilərdik. İndi tək bacarmıram”, – N.Ələsgərli belə deyib.

Gununsesi.info