Əməkdar mədəniyyət işçisi koronavirusdan dünyasını dəyişdi

  • By admin
  • 04 Dekabr 2021 15:39

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin kollektivinə ağır itki üz verib.

Gununsesi.info xəbər verir ki, “İçərişəhər” Muzey Mərkəzinin direktor müşaviri, Əməkdar mədəniyyət işçisi Gülnar Əliyeva koronavirusdan dünyasını dəyişib.

2008-ci ildən təcrübəli muzeyşünas kimi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsinə qəbul edilən Gülnar Əliyeva 2014-cü ildə Əməkdar Mədəniyyət işçisi adına layiq görülüb.

Allah rəhmət eləsin!

Gununsesi.info