Əməkdaşların hamısı təxliyə edilib - “Azərsun Holding”dən Sumqayıtdakı yanğınla bağlı açıqlama

  • By admin
  • 28 Aprel 2022 22:32

“Azərsun Holding” Sumqayıtda “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə şirkətin rəsmi feysbuk səhifəsində paylaşım edilib.

Paylaşımda deyilir:

“Azərsun Sənaye Parkı”nın ərazisində başlayan yanğın qısa zamanda ətrafa yayılıb. Ərazidə çalışan əməkdaşların hamısı təxliyə edilib. Hazırda FHN tərəfindən yanğının qarşısının alınması üçün zəruri addımlar atılır. Hadisə ilə bağlı ətraflı açıqlama veriləcək”.

 

Gununsesi.info