“Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarətindədir” - MÜDAFİƏ NAZİRLİYİ

  • By admin
  • 02 Dekabr 2016 10:10

mud

Müdafiə Nazirliyi (MN) düşmənlə təmas xəttində gərginliyin yaranması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Gununsesi.info bildirir ki, nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq deyilib ki, erməni silahlı bölmələrinin təxribatlarını qarşısı qətiyyətlə alınır: “Düşmənlə qarşıdurma xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarətindədir”.

Qeyd edək ki, Ermənstan Müdafiə Nazirliyi noyabrın 30-da cəbhədə baş verən atışmada üç hərbçisininin yaralandığı barədə məlumat yayıb.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

Gununsesi.info