“Əmim qızı ilə niyə evlənmirsən?” sözünə görə qan tökdü

Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, dünən gecə saatlarında Balakən rayonunun Qazma kənd sakini Eşqin Məmliyev çoxsaylı kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Ona şəxsi münasibətlər zəminində bıçaqla xəsarət yetirən şəxsin həmkəndlisi Orxan Xanlayev olduğu müəyyən edilib.

Belə ki, hadisə zamanı E.Məmliyev sərxoş olub və O.Xanlayevə əmisi qızı ilə neçə ildir sevgili olduğu halda niyə toy etmədiyi barədə irad bildirib.

Bu zaman tərəflər arasında dava düşüb. Nəticədə O.Xanlayev E.Məmliyevi bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, hadisəni törədən şəxs qısa müddət ərzində polis əməkdaşları tərəfindən saxlanılıb:

“Müvafiq ekspertizalar təyin olunub və şöbənin istintaq bölməsində araşdırma aparılır”.

Guunsesi.info