“Əminəm ki, Azərbaycanla münasibətlərimiz qarşıdakı illərdə də uğurla inkişaf edəcək” - RƏİSİ

  • By admin
  • 26 Yanvar 2022 15:16

“Əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri qarşıdakı illərdə də uğurla inkişaf edəcək”.

Gununsesi.info-nun xəbərinə görə, bunu İran Prezidenti Seyid İbrahim Rəisi yanvarın 26-da ölkəsində rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

İran Prezidenti həmçinin xalqlarımızın əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını, Azərbaycan-İran ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Seyid İbrahim Rəisi iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini vurğulayıb.

 

 

Gununsesi.info