“Əminəm ki, yaxın vaxtlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək” - İLHAM ƏLİYEV

  • By admin
  • 15 Oktyabr 2020 17:29

“Biz əsas əməliyyatları hazırda şimal, cənub istiqamətlərində aparırıq”.

Gununsesi.info-nun məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı deyib ki, Cəbrayıl şəhərinin işğaldan azad edilməsi çox uğurlu əməliyyat nəticəsində baş verib: “Cəbrayılın kəndlərinin böyük qismi artıq bizdədir. Eyni zamanda Füzuli rayonunun bir çox kəndlərini biz işğalçılardan azad etdik. Əminəm ki, yaxın vaxtlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək”. 

 

 

Gununsesi.info