Əmmanda İsrail səfirliyinə hücum oldu: Azı 2 nəfər ölü

  • By admin
  • 24 İyul 2017 06:43

amman

İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyinə hücum olub.

Hücum nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

Gununsesi.info Reuters agentliyinə istinadən  xəbər verir ki, xəstəxanada daha bir İordaniya vətəndaşı aldığı güllə yarasından ölüb.

Bundan əvvəl silahlı insident nəticəsində bir iordaniyalının öldüyü, bir İsrail vətəndaşının yaralandığı bildirilirdi.

“Ammon” agentliyinin məlumatın görə, silahlı şəxslər səfirliyin binasına zorla girməyə cəhd edib, lakin mühafizəçilərin atəşi nəticəsində zərərsizləşdiriliblər.

Gununsesi.info