Ən gənc nazir kollektivə təqdim olundu

  • By admin
  • 23 Aprel 2018 14:52

Yeni təyin olunmuş Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə hazırda görüş keçirilir.

Gununsesi.info xəbər verir ki, “qafqazinfo”ya daxil olan məlumata görə, S. Babayevi kollektivə  Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

Qeyd edək ki, nazir bundan əvvəl İqtisadiyyat Nazirliyində Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib. O, 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər” sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.

Xatırladaq ki, son prezident sərəncamına qədər Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində Səlim Müslümov çalışırdı.

Gununsesi.info