Bakıda 26 yeni dəmiryolu stansiyası istifadəyə veriləcək - CAVİD QURBANOV TIXACLARIN SƏBƏBİNİ AÇIQLADI

  • By admin
  • 29 İyun 2018 14:39

Bəzi millət vəkillərinin paytaxtdakı tıxaclara görə, “Azəravtoyol“ haqqıında bəzi qərəzli tənqidlər vaxtilə bu quruma rəhbərlik edən millət vəkili  “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri  Cavid Qurbanovun reaksiyasına səbəb olub.

Gununsesi.info-nun məlumatına görə, çıxışında Cavid Qurbanov bildirib ki,  son illər Azərbaycanda və paytaxtda kifayyət qədər müasir standartlara cavab verən yollar tikilib: “Bir neçə il əvvəllə bu gün arasında Bakıda avtomobillərin sayı dəfələrlə artıb. Burada Sumqayıt istiqamətinə gedən yoldan danışıldı. Bakı şəhəri Abşeron yarımadasında yerləşir. Bu yarımadanın 3 tərəfi sudur. Bu faktor ciddi nəzərə alınmalıdır”.  

Bəzi deputatların Sumqayıta metro çəkilməsi təklifinə gəlincə Cavid Qurbanov deyib ki, bu, çətin başa gələn prosesdir: “Metro çəkilişləri çox xərc aparır. Buna görə də bizdə yerüstü nəqliyyatlara üstünlük verilir. Son zamanlar Sumqayıta -Bakı qatarının sayı da artırılıb. Yeni elektrik qatarlarının yolu üçün də işlər gedir. Bakıda 26 yeni dəmiryolu stansiya istifadəyə veriləcək. İlin axırına qədər Sabunçu, Pirşağı stansiyaları tikiləcək”.

Gununsesi.info