Ərəb klubundan Messiyə 300 milyonluq TƏKLİF

  • By admin
  • 10 Yanvar 2023 13:47

Argentinalı ulduz futbolçu Lionel Messinin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə danışıqlar apardığı məlum olub.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Hilal”ın rəhbərliyi Messiyə ildə 300 milyon avro maaş təklif edib.

Futbolçunun agenti və klub transfer xəbərlərinə hələlik münasibət bildirməyib.

Qeyd edək ki, “Əl-Hilal” klubu Kriştianu Ronaldonun bir müddət əvvəl transfer olduğu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun əsas rəqibidir.

Gununsesi.info