“Ərəblərə, ərəb ölkələrinə güvənməz olmaz” - TANINMIŞ APARICI "ÜSYAN" ETDİ

  • By admin
  • 09 İyun 2017 21:55

qatar-katar

Türkiyənin Qətərə dəstək verməsi və hərbçilərini həmin ölkəyə göndərməsi ölkə daxilində əks reaksiyalara səbəb olub.

Buna etiraz edənlərdən biri də tanınmış tele-aparıcı, “FOX” TV-nin “Anahaber” proqramının aparıcılarından olan Fatif Portağaldır.

Gununsesi.info-nun xəbərinə görə, o, bu addımın düzgün olmadığını bildirib.

“Kim nə deyir-desin, mən ərəblərə, ərəb ölkələrinə inanmıram, güvənmirəm. Onlara güvənmək olmaz. Bu gün yaranmış səbəblərdən dolayı Qətər Türkiyəylə müttəfiq ola bilər,amma sabah bir də gördün Qətər ona cəhbhə açmış ölkələrin yanında yer alıb. Pulları var, özü də başlarından aşır, gedib pulu ilə başqa ölkələrdən əsgər alsınlar…Bizim Qətərdə nə işimz var? Özləri özlərinin çarəsinə baxsınlar, bizə nə dəxli?!”-deyə, F. Portağal sözlərinə əlavə edib.

KAMİL

Gununsesi.info