Ərəblər Baydenə qulaq asmır: Putinə dəstək

Səudiyyə Ərəbistanı enerji sanksiyaları ilə üzləşən Rusiyanın köməyinə çatıb.

Gununsesi.info  xəbər verir ki, Ər-Riyad Rusiyadan idxal etdiyi sənayedə istifadə olunan “fuel oil” yanacağı və dizelin miqdarını iki qatına çıxarıb.
Bu, sanksiyalarla üzləşən Rusiya üçün “nəfəslik” rolunu oynayır.
Səudiyyə Ərəbistanı ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri də Rusiyadan dizel yanacağının idxalını artırıb.
Qeyd edək ki, ABŞ Səudiyyə Ərəbistanını Rusiyaya qarşı sanksiyalara qoşulmasına nail olmağa çalışsa da, Ər-Riyad bununla razılaşmır.

Gununsesi.info