Ər arvadını bıçaqladı – Bakıda

  • By admin
  • 30 Yanvar 2017 22:40

bicaq_06987

 

Bakı sakini arvadını bıçaqlayıb.

Report-un xəbərinə görə, hadisə səhər saatlarında Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Zirə qəsəbəsində 1971-ci il təvəllüdlü Məşədiyeva Şərqiyyə Əlisa qızı əri Əli Məşədiyev tərəfindən bıçaqlanıb. Ş.Məşədiyyeva kürək nahiyəsindən iki bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

 

Gununsesi.info