Ərdoğan ABŞ-da yaşananlar barədə: Türkiyəni antidemokratik olmaqda ittiham edənlərin…

  • By admin
  • 09 Yanvar 2021 16:25

“Son vaxtlar Avropa və ABŞ-da yaşanan bir çox hadisə ölkəmizə qarşı sərgilənən ikili standartı təkrar gün üzünə çıxardı”.

 

Gununsesi.org-un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan körpü açılışında çıxışı zamanı deyib.

“Türkiyəni antidemokratik olmaqda ittiham edənlərin üzləşdikləri ilk təhdiddə özlərini müdafiə etmək üçün necə ağır cəzalara əl atdıqlarını görürük. Ən kiçik terror hərəkətinə dözüm göstərməyənlər illərdir bizim terror təşkilatları ilə mübarizəmizə mane olmağa çalışıblar”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Gununsesi.org