Ərdoğan Azərbaycan – Gürcüstan – Ermənistan əməkdaşlığından danışdı

  • By admin
  • 01 İyun 2021 21:19

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın Baş naziri İraklı Qaribaşvili arasında görüş keçirilib.

Gununsesi.info-nun məlumatına görə, görüşsonrası mətbuat konfransında Türkiyə dövlət başçısı ikitərəfli münasibətlərlə yanaşı, regional əməkdaşlıq perspektivləri barədə də danışıb.

R.T.Ərdoğan Türkiyə olaraq Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli əməkdaşlığını dəstəklədiklərini bildirib.

“Azərbaycanla üçtərəfli əməkdaşlığımız bu baxımdan çox önəmlidir. Bununla bərabər, Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi ilə yanaşı, Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli əməkdaşlığını da Türkiyə olaraq dəstəkləyirik. Bu il ərzində yüksək səviyyəli strateji toplantımızı xarici işlər nazirləri səviyyəsində keçirməyə qərarlıyıq. Mövcud mexanizmləri qərarlı və ideal bir şəkildə ortaya qoyaraq, addımlarımızı atacağıq”, – deyə Ərdoğan qeyd edib.

Gununsesi.info