Ərdoğan Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib - FOTO

  • By admin
  • 28 May 2023 10:23

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, bu barədə dövlət başçısı “Twiterdə” paylaşım edib.

“Bir millət, iki dövlət” şüarı ilə hər zaman yan-yana, çiyin-çiyinə olduğumuz qardaş Azərbaycanın Müstəqillik Gününü təbrik edir, müstəqillik uğrunda şəhid olan qəhrəmanlarımızı hörmət və ehtiramla yad edirəm”, – paylaşımda qeyd olunub.

Gununsesi.info