Ərdoğan bələdiyyə sədrlərini istefaya çağırdı - VİDEO

  • By admin
  • 19 Oktyabr 2017 17:30

erdogan-suriya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan istefaları gözlənən bələdiyyə sədrlərini istefa verməyə çağırdı.

Gununsesi.info “cnntürk”ə istinadən xəbər verir ki, Ərdoğan istefaları gözlənilən bələdiyyə sədrləri ilə bağlı mövqeyini açıqlayıb.

“Üç bələdiyyə sədrimiz istefa verdi. Daha üç bələdiyyə sədrimizin də ən qısa zamanda istefa verəcəyinə inanıram. Hesab edirəm ki, onlar indi buna hazırlaşırlar. Onlarla bu məsələ ilə bağlı  görüşlər olub”, deyə o, əlavə edib.

Prezident onu da bildirib ki, əgər istefa verməsələr bunun cəzası ağır olacaq: “O zaman nə lazımdırsa, o da tətbiq olunacaq. Çünki aidiyyatı qurumlarımız bununla bağlı qərarlarını veriblər. Biz sıradan bir partiya deyilik. Bu sıradan olan hərəkət də deyil”.

Gununsesi.info