Ərdoğan: “Baykar ailəsi ilə qohumam deyə…”

  • By admin
  • 19 Yanvar 2023 11:11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan siyasi rəqiblərinin onu  Baykar ailəsi ilə qohumluğuna görə ittiham etməsindən danışıb.

Qeyd edək ki, Türkiyədə bəzi siyasi qüvvələr Ərdoğanı dövlətin maraqlarını “Bayrakdar” şirkətinin biznes maraqlarına uyğunlaşdırdığını bəyan edir. 

Gununsesi.info-nun xəbərinə görə isə Ərdoğan rəqiblərinə bu mövzu haqqında belə cavab verib:

SİHA-larımız və İHA-larımız yuvaları dağıdıb, çoxlu terrorçunu məhv edib. Bir çox müdafiə sənayesi layihəmizdə şirkətlərimizin Ar-Ge çalışmalarını dəstəkləyirik. 50 şirkət dövlətdən layihə əsasında dəstək alır. Dövlətdən heç bir nağd yardım almadan işini davam etdirən 4 şirkət var ki, onlardan biri də “Baykar”dır.

Bu gün biz  PUA-ya, SİHA-ya, “Akıncı” üçün addımları necə atdıq, mən bunu söyləyim. O zaman oğul Buşun (ABŞ Prezidenti-red.) yanına getmişdik. “İHA verəcəkdiniz, hələ də verməmisiniz” dedik. Biz onları həmin səfərdə qəbul etdik. Bizə iki gün vaxt verdilər. Bu ziyarətdən sonra Özdəmir bəy uşaqları ilə birlikdə dərhal bu addımı atdı. Tez PUA istehsal etdilər. Sonra SİHA istehsal etdilər. Uşaqları Akıncı çıxardı. İş bitməyib, döyüş təyyarələrinin nöqtəsində işlərini davam etdirirlər”.

Ərdoğan bildirib ki, bu gün Baykar şirkəti dünya brendinə çevrilib: “Baykarın müdafiə sənayesi bütün şirkətləri, məhsulları və nailiyyətləri ilə hədəflənir. Bizimlə qohumluq münasibəti ilə Baykarı məğlub edə biləcəklərini düşünürlər. Bu alçaq hücuma layiqli cavab vermək bizim borcumuzdur”.

 

Tərcümə:

Mais

Gununsesi.info