Ərdoğan: “Bu axşam yeni Nazirlər Kabinetinin tərkibini açıqlayacağıma ümid edirəm”

  • By admin
  • 03 İyun 2023 19:23

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökumətin ilk iclasının keçiriləcəyi tarixi açıqlayıb.

O, bu barədə səlahiyyətlərinin icrasına başlama mərasimində çıxışı zamanı məlumat verib.

“Bu axşam yeni Nazirlər Kabinetinin tərkibini açıqlayacağıma ümid edirəm. Heç bir gecikmə olmadan işə başlayacağıq və iyunun 6-da ilk iclasımızı keçirəcəyik”, – deyə R. T. Ərdoğan vurğulayıb.

Gununsesi.info