Ərdoğan: “Bundan sonra da Azərbaycanın yanında olacağıq”

  • By admin
  • 16 İyun 2021 16:14

“Azərbaycan ordusunu, onun Ali Baş Komandanı İlham Əliyevi Qarabağ torpaqlarını işğaldan azad etməsi münasibəti ilə təbrik edirəm”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan parlamentində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Qarabağ savaşında şəhid olanlara Allahdan rəhmət diləyib, yaxınlarına başsağlığı verdiyini deyib: “Bu müqəddəs savaşda Türkiyə Azərbaycanın yanında olub. Bundan sonra da Azərbaycanın yanındayıq. Dünya bilsin ki, bundan sonra da Azərbaycanın yanında yer alacağıq”.

Gununsesi.info