Ərdoğan çox güclüdür, bizə kömək edir – ZELENSKİ

  • By admin
  • 03 Mart 2022 23:18

Çox yaxşı münasibətlərimiz var. Oradan PUA-lar alınıb və bu, böyük köməkdir.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya yardımından danışarkən deyib.

Ərdoğanın Ukraynaya kömək etdiyi bir çox məsələlər var. Mən ona çox minnətdaram. Siyasi səviyyədə o, həm də bir çox addımlar atır ki, Putin müharibəni bitirməyin vacibliyini başa düşsün”, – Zelenski deyib.

Zelenski bildirib ki, Türkiyə gələcəkdə Ukraynanın təhlükəsizliyinin təminatçılarından birinə çevriləcək və Rusiya ilə danışıqlar prosesinə təsir edəcək:

“Dünya liderlərinin çoxunda belə bir imkan yoxdur. Çox adam istəyir, amma az adamda belə bir fürsət var. Ərdoğan çox güclüdür, çox ciddi prezidentdir və bizə yardım edir”.

Gununsesi.info