Ərdoğan: “Finlandiya ilə bağlı fərqli mesaj verəndə İsveç şoka düşəcək”

  • By admin
  • 30 Yanvar 2023 08:00

Türkiyənin İsveçdəki səfirliyinin qarşısında Quranın yandırılması iki ölkə arasında ciddi gərginliyə səbəb olub.

Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  İsveçlə yaşanan gərginliyə də toxunaraq, Finlandiyanın NATO üzvlüyü ilə bağlı müsbət siqnal verib.

Gununsesi.info-nun türk mediasına istinadən verdiyi xəbərə görə, Ərdoğan “Lazım gələrsə, Finlandiya ilə bağlı fərqli mesaj da verə bilərik. Finlandiya haqqında fərqli mesaj verdikdə İsveç şoka düşəcək” deyə əlavə edib: “Lakin Finlandiya eyni səhvə yol verməməlidir”.

Tərcümə:

Afət