Ərdoğan gəmilərini satdı - FOTO+VİDEO

  • By admin
  • 24 Fevral 2017 15:39

erdogan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşı Mustafa Ərdoğan, qayını Ziya İlgen və oğlu Necmettin Bilal Ərdoğanın da ortaq olduğu BMZ Dənizçilik Şirkətinin mülkiyətində olan 5 ədəd kimyəvi məhsullar daşıyan tankerlər satılıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəmilərin dənəsi 15 milyon dollardan (54 milyon TL) satıldığı barədə məlumat verilir.

Belə ki, Ərdoğan ailəsi gəmilərin satışından 268 milyon Türk Lirəsi ətrafında gəliri əldə edib. Prezidenti Rəcəb Tayyib Ərdoğanın xaricdə yaşayan oğlu Əhməd Burak Ərdoğanın isə “Sakarya” adlı bir quru yük gəmisi var.
“Deniz Haber” agentliyinin müxbiri Rəcəb Canpolatın verdiyi xəbərinə görə, BMZ Dənizçilik Şirkətinin mülkiyyətində olan hazırda isə Maltada qeydiyyatda olan və “Oil Transportation & Shipping” üzərinə registrasiya olunmuş – 140 metr uzunluğunda, 17 metr enində və 7 min 150 DWT (deadweight-DWT) yükgötürmə qabliyətinə sahib, 2014 istehsalı “Mecid Aslanov” ilə 2015 istehsalı “Poet Qabil”, “Begim Aslanova”, “Armada Fair” və “Armada Breeze” adlı kimyəvi məhsullar daşıyan tankerlər satılıb.

Ötən həftə gəmilərdən ilk ikisinə “Begim Aslanova”-ya “Caminero”, “Poet Qabil”-ə isə “Blue Lake Star” adı verilib.
Digərlərinə isə “Armada Fair” adlı kimyəvi məhsullar daşıyan tankerə “Milagress”, “Armada Breeze” adlı tanker isə “Prover” adı verilib.

Sonuncu “Mecid Aslanov” gəmi həftə sonuna qədər registrasi işləri tamamlanacaq. Gəmilərin operatorluğu isə satın alan şirkətin Rusiyada quracağı bir firma tərəfindən ediləcəyi bildirilir.

“Deniz Haber” agentliyinin xəbərinə görə, yeni şirkət qurulanadək sözügedən gəmilər müvəqqəti olaraq “Densa Tanker” adlı şirkətə registrasiya edilib.

Xatırladaq ki, 2013-cü ilin mayında Türkter və Köməkçi Limanı ilə bağlanmış müqavilə əsasında inşa edilən 5 ədəd 7 min 150 DWT (deadweight-DWT) yükgötürmə qabliyətinə sahib, Armada tipi kimyəvi məhsullar daşıyan tankerlərin birincisi 2014-cü ildə, 4 ədədi isə 2015-ci ilin içində BMZ Dənizçilik Şirkətinə təslim edilib. Sonradan bu gəmilər 10 illiyinə “Palmali Dənizçilik Şirkətinə icariyə verilib.

erdogan4 erdogan1 erdogan2 erdogan3 erdogan5

https://www.youtube.com/watch?v=lEixUWy9UAA

Anar
Gununsesi.info