Ərdoğan hərbi çevriliş gecəsi Təbrizə aparılıb- ŞOK İDDİA - Fotolar

  • By admin
  • 27 Dekabr 2021 00:14

Türkiyədə 2016-cı il 15 iyul çevriliş gecəsi prezident Ərdoğan Təbriz hava limanında olub. Ərdoğan çevriliş cəhdi ilə bağlı buradan xalqa müraciət edib.

Gununsesi.info bildirir ki, bu sensasiyalı iddia ilə İranın siyasi məsələlər üzrə eksperti Məhəmməd Rza Mərəndi “Şəms” qəzetinə 15 iyul 2016-cı il çevriliş cəhdindən danışarkən deyib.

Mərəndinin sözlərinə görə, İran dövlət çevrilişi hazırlandığı barədə Ərdoğanı əvvəlcədən məlumatlandırıb: “Türklər əvvəlcə bu məlumata ciddi yanaşmadılar. İstanbulda hava məkanı hərbçilər tərəfindən bağlandıqdan sonra general Qasım Süleymani Ərdoğana xalqa müraciət edərək onları küçələrə çıxamağa çağırmağı təklif edib. Bu müraciəti Ərdoğan Təbriz hava limanından edib”.

Mərəndinin sözlərinə görə, Ərdoğan İstanbul və Ankarada özünü təhlükəsiz hiss etmədiyi üçün Təbrizə gətirilib: “Təbrizdən o Türkiyə təyyarəsindən öz tərəfdarlarına müraciət etdi və çevriliş səhifəsi qapandı”.

Onun sözlərinə görə, 15 iyul dövlət çevrilişini Fətullah Gülənin rəhbərliyi altında ABŞ və Səudiyyə Ərəbistanı planlaşdırmışdı.

Qeyd edək ki, 15 iyul gecəsi Ərdoğanın Marmarisdə olduğu bildirilib. Amma bu vaxta qədər bununla bağlı hər hansı foto və video çəkilişinin olmadığı bildirlir.

Gununsesi.info