Ərdoğan Hersoqla tarixi görüşündən danışdı

  • By admin
  • 09 Mart 2022 21:40

İsrail Prezidenti İshaq Hersoqun Türkiyəyə səfəri başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, İ.Hersoq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Prezidentlər iki ölkə arasında əlaqələrin gələcək perspektivlərini müzakirə edəcəklər. Eyni zamanda, dövlət başçıları Ukraynadakı durum barədə fikir mübadiləsi aparacaqlar.

Görüşdən sonra liderlər birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, bu, son 14 ildə İsrail Prezidentinin Türkiyəyə ilk səfəridir.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail Prezidenti İshaq Hersoq Ankarada təkbətək görüşüblər.

Liderlər arasında daha sonra geniş tərkibdə görüş olub.

Bunun ardınca tərəflər mətbuat konfransı keçirib.

İsrailli həmkarı ilə səmərəli müzakirələr apardıqlarını bildirən Ərdoğan deyib ki, bu tarixi səfərin Türkiyə-İsrail münasibətlərində yeni dönüş nöqtəsi olacağına inanır:

“Əməkdaşlıq əlaqələrini yüksək dəyərləndirdik. Həmçinin Fələstin məsələsində həssaslığımızı bir daha açıq şəkildə ortaya qoyduq”.

Yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Hersoq deyib ki, məqsədimiz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərin genişlənməsinin təməlini qoymaqdır:

“Biz birlikdə gələcəyə baxmaq yolunu seçmişik. Anlaşmazlıqları gələcəyə baxaraq aradan qaldıracağıq”.

Dövlət başçıları enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığa hazır olduqlarını bildiriblər. Həmçinin Türkiyə hökumət üzvlərinin İsrail və Fələstinə səfəri ilə bağlı razılıq əldə olunub.

Gununsesi.info