Ərdoğan hökuməti toplayır: Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət...

  • By admin
  • 22 Noyabr 2021 10:02

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Gununsesi.info Report-a istinadla xəbər verir ki, Beştəpə iqamətgahında baş tutacaq toplantıda ölkənin daxili və xarici siyasətinə dair məsələlər müzakirə olunacaq.

İclasda Suriya, Liviya və Aralıq dənizindəki son durumla bağlı fikir mübadiləsi aparılacaq.

Türkiyə hökumətinin toplantısında həmçinin Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrin müzakirə olunacağı da gözlənilir.

Terrorla mübarizə məsələsi də Nazirlər Kabinetinin gündəmində olacaq. İclasda PKK/PYD, FETÖ və İŞİD terror qruplaşmaları ilə mübarizədə son vəziyyət dəyərləndiriləcək.

Gununsesi.info