Ərdoğan İraq Baş nazirinə maraqlı jest – VİDEO

  • By admin
  • 18 Dekabr 2020 13:09

Dekabrın 17-də İraqın Baş naziri Mustafa əl-Kazıminin Türkiyəyə rəsmi səfəri zamanı maraqlı anlar yaşanıb. Belə ki, təkbətək görüşdən əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan Baş nazirə jest edib.

Gununsesi.org “Qafqazinfo” xəbər verir ki, İraq rəsmisi Beştəpədəki Cümhuriyyət Sarayına gəlib. Ərdoğan rəsmi qarşılama mərasimi zamanı onun köynəyinin yaxalığını səliqəyə salmağa çalışıb.

Həmin görüntülər dünən sosial şəbəkələrdə ən çox paylaşılan videolardan biri olub.

 

 

Gununsesi.org