Ərdoğan niyə ilk səfərini Rusiyaya edir? –  Ekspert

  • By admin
  • 22 Aprel 2017 23:10

erdogan

 

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın referendumdan sonra ilk səfərini Rusiyaya etməsi olduqca önəmlidir.

Axar.az xəbər verir ki, bunu Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə azərbaycanlı professoru Toğrul İsmayıl deyb.

“Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan 3 mayda Soçidə rusiyalı həmkarı ilə görüş keçirəcək. Ərdoğan ötən ay Moskvaya səfər etmişdi. Referendumdan sonra ilk səfərin Rusiyaya olması önəmlidir. Ərdoğan yeni sistemə keçid prosesində Putinlə bir araya gələcək. Daha sonra Çin və ABŞ-a səfərlər baş tutacaq. Amma diqqət edin ilk səfər Rusiyayadır. Başqa sözlə, Ərdoğan diplomatikanı belə başladır”, – ekspert bildirib.

 

Gununsesi.info