Ərdoğan “Nobel Sülh Mükafatı”na namizəd göstərildi

  • By admin
  • 05 Yanvar 2023 17:53

Pakistan Parlamentinin başçısı Məhəmməd Sadiq Səncrani Prezident Rəcəb Tayyib Ərdoğanı bütün insanlığa barışıq, xoş görüş və sevgi doktrina təlimlərinin təmsilçisi olduğunu söyləyib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Sadiq Səncrani Pakistan xalqı və senatı adına Ukrayna-Rusiya savaşı dönəmində cəhdlərindən dolayı, Ərdoğanı “Nobel Sülh Mükafatı”na layiq göstərdiklərini açıqlayıb.

Bu müharibənin dünya üçün dağıntı ilə nəticələnə biləcək “nüvə partlayışı” nöqtəsinə dönüşdüyünə işarə edən Səncrani Ərdoğanın böyük səyləri ilə hər iki tərfə də zamanında və təsirli müdaxilələri ilə təkbaşına qlobal bir fəlakəti önlədiyini vurğulayıb.

Səncrani Taxıl Anlaşması ilə bölgənin yıxıcı bir aclıqdan qurtulduğuna diqqət çəkərək Ərdoğanın gerçək bir dövlət adamı olmasına vurğu edərək, onun yalnız öz ölkəsi üçün deyil, həm də bölgə və dünyanın yaxşılığı, rifahı üçün çalışan bir xalq lideri olduğunu dilə gətirib.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info