Ərdoğan onlara görə maşın karvanını saxlatdırdı - FOTO

  • By admin
  • 27 May 2018 17:45

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədaxili səfəri zamanı İstanbulun Zeytunburnu sahilində vətəndaşlarla görüşüb.

Gununsesi.info bildirir ki, prezident Yeniqapı Təhlükəsizlik Təşkilatı üzvləri ilə orucunu açmazdan öncə açıq havada iftar süfrəsi açan sadə vətəndaşları görüncə özünün avtomobil karvanını saxlatdırıb.
Uşaqlara oyuncaq hədiyyələr verən Ərdoğan hər kəslə foto çəkdirib.
Onun bu hərəkəti vətəndaşlar tərəfindən maraq və sevgi ilə qarşılanıb.