Ərdoğan Putin və Ruhani ilə danışıqlar apardı - FOTO

  • By admin
  • 17 Sentyabr 2019 14:23

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Ankarada Çankaya köşkündə Rusiya və İran dövlət başçıları Vladimir Putin və Həsən Ruhani ilə danışıqlar aparılıb.

Gununsesi.org-un verdiyi xəbərə görə, “hurriyet” üçtərəfli zirvə görüşündən bir gün sonra liderlərin səmimi fotolarını yayımlayıb.

Görüntülərdə Ərdoğanın həmkarlarına Aydın rayonunda yetişdirilən ənciri təqdim etdiyi görünür.

Gununsesi.org