Ərdoğan Putinlə danışıqlar aparacaq

  • By admin
  • 05 Mart 2022 14:31

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq.

Gununsesi.info Trend-ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın TRT telekanalına müshaibəsində deyib.

O bildirib ki, telefon danışığının martın 6-da keçirilməsi nəzərdə tutulub.

İ.Kalın əlavə edib ki, Türkiyə və Rusiya nümayəndələri arasında müxtəlif səviyyələrdə danışıqlar davam edir.

Gununsesi.info