Ərdoğan Putinlə telefon danışığı aparıb

  • By admin
  • 05 Yanvar 2023 13:41

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

 

Türkiyə və Rusiya liderləri ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar.

Ərdoğanla Putin Rusiya-Ukrayna müharibəsini və Suriyanı da müzakirə ediblər.

Türkiyə lideri Rusyalı həmkarı ilə telefon tanışığı zamanı, həmçinin, taxıl dəhlizinə dair son danışıqları müzakirə edib və Zaporojye Atom Elektrik Stansiyası ətrafında təhlükəsiz zonasının yaradılması təşəbbüsünün müsbət nəticələrinin olduğunu vurğulayıb.

O, atəşkəsə nail olmağın və ədalətli sulhün vacibliyini də diqqətə çatıdırıb.

Bundan əlavə, Ərdoğan qısa müddətdə Türkiyədə təbii qaz mərkəzinin yaradılması istiqamətində yol xəritəsini tamamlamağı və konkret addımlar atmağı hədəflədiyini bildirib.

Türkiyə Prezidenti Putinlə danışıq zamanı terror təşkilatı PKK/PYD/YPG-nin xüsusilə Tel Rıfat və Münbicdən çıxarılması üçün konkret addımların atılmasının vacibliyini vurğulayıb.

Gununsesi.info