Ərdoğan Putinlə Zaporojye AES-dəki vəziyyəti müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.

Bu barədə Rusiyanın diplomatik mənbələrindən məlumat verilib.

Məlumata görə, Türkiyə lideri rusiyalı həmkarı ilə Zaparojeyə AES-də ki vəziyyəti və ümumiyyətlə, Ukrayna böhranına son qoymağın yollarını müzakirə etmək niyyətindədir.

Mənbədən bildirilib ki, Türkiyə hər iki tərəfin etimadını qazanmış yeganə ölkə olaraq bu münaqişədə düzgün vasitəçi rolunu oynamaqda davam edir.

Xatırladaq ki, avqustun 18-də Türkiyə prezidenti Lvova işgüzar səfər edib  və burada ukraynalı həmkarı ilə görüşüb . Ərdoğan bildirib ki, danışıqlar zamanı o, Zelenskiyə Rusiya Prezidenti Vladimir Putinlə görüş təşkil etməyi təklif edib. Türkiyə lideri həmçinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini  bildirib.

Gununsesi.info