Ərdoğan Putinlə Zeleniskini görüşdürür - TELEFON DANIŞIĞI OLUB!

  • By admin
  • 02 Aprel 2022 14:51

Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Ərdoğanın administrasiyasından bildirilib.

Məlumata görə, Rusiya və Ukrayna danışıqlar nümayəndə heyətlərinin çərşənbə axşamı İstanbulda keçirilən görüşü müzakirə olunub.

Görüş zamanı Ərdoğan Rusiya-Ukrayna nümayəndə heyətlərinin İstanbulda müsbət və konstruktiv görüşünün sülhə ümidləri artırdığını bildirib. Tərəflərin sağlam düşüncə ilə hərəkət etməsinin və dialoqun davam etdirilməsinin vacib olduğunu deyən Ərdoğan, Rusiya prezidenti Putin və Ukrayna prezidenti Vladimir Zelenskini bir araya gətirərək sülh səylərini taclandırmaq istədiklərini ifadə edib.

Rusiya prezidenti Putin də Rusiya-Ukrayna danışıqlar nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşünə ev sahibliyi etdiyi üçün prezident Ərdoğana təşəkkür edib.

Ərdoğan Putinlə görüşdən əvvəl cümə namazından sonra bunları deyib: “POZİTİF GÖRÜNÜŞ VAR “Cənab Zelenski ilə görüşümüz oldu. Liderlərlə ən yüksək səviyyədə görüşə biləcəyimizi və xüsusilə Krım və Donbasda addım atmaq üçün bu məsələyə ev sahibliyi edə biləcəyimizi ifadə etdik. Cənab Zelenski müsbət fikirdədir. Cənab Putinin də əvvəllər müsbət yanaşması var.Tarixi onlar müəyyən edəcəklər.Əgər İstanbulda liderlər sammitini keçirə bilsək və nəticədə iki liderlə mənfi tendensiyanın müsbətə çevrilməsi qərarını verə bilərik. , Türkiyə olaraq çox xoşbəxt olacağıq.

 

Günay Təhməzova