“Ərdoğan qazanarsa, Türkiyə-AB münasibətləri pisləşər” – Alman deputat Hardt

  • By admin
  • 17 May 2023 16:21

Almaniyalı deputat Jurngen Hardt Türkiyə seçicilərinin səsvermə iradəsini dəyişdirməyə yönəlik açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ana müxalifətdəki Xristian Demokrat Birlik üzvü Hardt açıqlamasında qarşıdakı 28 may seçkilərini Ərdoğanın qazanacağı durumda, Avropa Birliyi (AB) – Türkiyə münasibətlərinin pisləşəcəyini söyləyib.

Ərdoğanın AB-dən uzaqlaşdığını iddia edən deputat Jurngen Türkiyə liderinin iqtisadi nəticələrin məsuliyyətini daşımalı olduğunu bildirib.

“Qorxuram ki, Ərdoğan qazanarsa, Türkiyənin iqtisadi və siyasi inkişafı AB-dən daha da uzaqlaşacaq”, – deyə Hardy vurğulayıb.

Tərcümə: Arzu

Gununsesi.info