Ərdoğan: “Rusiyanın Xersondan çıxması müsbət qərardır”

  • By admin
  • 10 Noyabr 2022 11:16

“Rusiya Prezidenti Vladimir Putinlə bir-birimizə qarşı inam olmasaydı, “taxıl sazişi” də bərpa olunmazdı”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Rusiya prezidenti ilə aralarında qarşılıqlı hörmətin olduğunu bildirib: “Ona görə də bu nailiyyət əldə edilir və bu prosesi davam etdirik”.

Ərdoğan Türkiyənin vasitəçiliyinin davam etdiyini vurğulayıb. O, Rusiyanın Xersonla bağlı verdiyi qərarı müsbət addım adlandırıb: “Rusiya G-20 sammitində təmsil olunarsa, üzbəüz görüş keçirəcəyəm. Əks halda təmasları telefonla davam etdirəcəyəm”.