Ərdoğan sərəncam imzaladı: 2023-cü il…

2023-cü il “Mövlanə ili” elan olunub.

  Gununsesi.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin “Mövlanə ili” kimi qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

Sərəncamın icrası məqsədilə ölkə daxilində və xaricində il boyu tədbirlərin təşkili nəzərdə tutulur.

 Qeyd edək ki, bu il türk dünyasının böyük şair və filosofu Mövlanə Cəlaləddin Ruminin vəfatının 750-ci ildönümü tamam olur.

Gununsesi.info