Ərdoğan seçicilərə müraciət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin II turunda xarici ölkələrdə səs verəcək seçicilərə müraciət edib.

 Gununsesi.info xəbər verir ki, Ərdoğan bu barədə öz tviter hesabında paylaşım edib.

Türkiyə lideri xarici ölkələrdə və sərhəd məntəqələrində səsvermənin sabah başlayacağını xatırladaraq deyib: “Sizdən demokratik hüququnuzdan istifadə etməyinizi xahiş edirəm. İradənizə daha bir dəfə də güclü şəkildə sahib çıxmağınızı gözləyirəm”.

Xatırladaq ki, mayın 28-i Türkiyədə prezident seçkilərinin II turu baş tutacaq. Bununla bağlı ölkənin Azərbaycandakı səfirliyində 9 seçki qutusu quraşdırılacaq. Səsvermənin başlayacağı gün, yəni mayın 20-si səfirlikdə 4, mayın 21-i 4, mayın 22-si isə 1 seçki qutusu təşkil ediləcək.

 

 

Gununsesi.info