Ərdoğan: “Şübhə dövrü bitdi”

  • By admin
  • 03 Avqust 2016 15:29

erdogan

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fövqəladə Din Şurasının açılışında etdiyi çıxışında Fetullahcı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar belə deyib: “Hələ buna inanmayanların olduğunu da bilirəm. Hələ təəssüf ki, bəzilərinin ‘baxır, amma görmür’ -, demələrindən də xəbərdaram. Bu nöqtədən sonra artıq şübhə dövrü bitdi, mübarizə dövrü başladı “.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, R.T.Ərdoğan çıxışında kimlərəsə üstüörtülü mesaj da göndərib: “Dövlət və millət olaraq, vətəndaşlarımızı yaxından maraqlandıran bu inkişafların mərkəzində iştirak edən Fetullahci Terror Təşkilatının xüsusiyyəti, özünü bir dini quruluş, bir camaat, bir tədris-təhsil xidmətində olan quruluş olaraq göstərir olmasıydı. Əsasən, bu xain quruluşun 40 ildir cəmiyyətimiz içində xərçəngli bir hüceyrə, yoluxucu bir virus kimi yaşaya bilməsi və davamlı böyüməsi, bu dini dəyərləri önə çıxardan şəxsiyyəti sayəsində mümkün olub”-, deyə hədəfini bildirib. Ərdoğan qeyd edib ki, əgər, 17-25 dekabrdan sonra aldığımız tədbirlər olmasaydı, xüsusilə, mühakimədə aldığımız tədbirlər olmasaydı bu çevriliş cəhdi yəqin ki, yalnız Silahlı Qüvvələrin içindəki bir qrup silahlı terrorçunun deyil, polisiyle, məhkəməsiylə bürokratiyanın digər ünsürlərinin iştirakı çox daha böyük bir təhdid olaraq, qarşımıza çıxacaqdı: “Hər şeyə baxmayaraq, bu xain təşkilatın gerçək üzünü daha tez əvvəldən ortaya çıxara biməmədiyimizə görə, kədəri içindəyəm. Bundan ötəri həm Rəbbimizə, həm də millətimizə verəcək hesabımızın olduğunu da bilirəm. Rəbbim də, millətim də bizi bağışlasın”-, deyə o bildirib. Prezident Ərdoğan: “Bu salondan elan edirəm. Bu saatdan sonra Pensilvanyadakı şarlatanın, terroristbaşının sayıqlamalarına qulaq verməyə davam edən hər kəs, başına gələcəkləri əvvəlcədən qəbul etmiş deməkdir”.

Gülnaz Qənbərli