Ərdoğan tərəfdarlarına müraciət edib: “Seçki qutularının yanından ayrılmayın”

  • By admin
  • 28 May 2023 19:06

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial mediadan seçicilərə müraciət edib.

“Bütün qardaşlarımı nəticələr yekunlaşana qədər seçki qutularına sahib çıxmağa dəvət edirəm”, – dövlət başçısı yazıb.

O, seçki prosesində əməyi keçən hər kəsə təşəkkür edib.

“Səhərin erkən saatlarından seçki qutuları önündə fədakarlıqla çalışan həmfikirlərimdən hər birinə təşəkkür edirəm. Bütün qardaşlarımı nəticələr yekunlaşana qədər seçki qutularına sahib çıxmağa dəvət edirəm. İndi xalqımızın iradəsini son ana qədər qorumaq vaxtıdır!”, – Ərdoğan qeyd edib.

Gununsesi.info